Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Tarix: 27-05-2024 14:59 | Bölmə: Xəbərlər
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

İyunun 3-ü saat 17:00-da 2023-2024-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Reyting.az
xəbər verir ki, eyni zamanda bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün elan edilmiş müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da yekunlaşacaq.

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu məqsədilə elan edilən mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.

Növbəti tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinin aktivləşəcəyi tarix barədə öncədən ictimaiyyətə məlumat veriləcək.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərimizdəndir.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}