Nyu-Meksikoda hərbi təyyarə qəzaya uğrayıb
Tarix: 29-05-2024 08:31 | Bölmə: Xəbərlər
Nyu-Meksikoda hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-nin Albukerke (Nyu Meksiko) şəhərinin hava limanında təyyarə qəzası baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, hərbi təyyarənin yaralanan pilotu xəstəxanaya aparılıb. Hadisədən az sonra hava limanı fəaliyyətini bərpa edib. ABŞ-nin “Daily Express” portalının məlumatına görə, havaya qalxdıqdan az sonra qəzaya uğrayan “F-35” qırıcısı ola bilər.

Hələlik rəsmi qurumlardan, yaxud hərbçilərdən rəsmi açıqlama yoxdur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub