İsrail BMT Baş katibinin ölkəyə grişinə qadağa qoyub
Tarix: 02-10-2024 14:42 | Bölmə: Xəbərlər
İsrail BMT Baş katibinin ölkəyə grişinə qadağa qoyub

İsrailin xarici işlər naziri İsrael Katz BMT Baş katibi Antonio Quterreşi “persona non qrata” elan edib.

Reyting.az
xəbər verir ki, o, Quttereşin İranın İsrailə raket hücumunu qeyd-şərtsiz qınamaq iqtidarında olmadığını açıqlayıb.

Katz bu barədə “X” sosial şəbəkəsində yazıb:

“İranın İsrailə qarşı iyrənc hücumunu birmənalı şəkildə pisləyə bilməyən hər kəs, demək olar ki, dünyanın hər bir ölkəsindən fərqli olaraq, İsrail torpağına ayaq basmağa layiq deyil”.

Nazir Katz həmçinin Quterreşi HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunu hələ də pisləməməkdə və HƏMAS-ı terror təşkilatı elan etməyə cəhd göstərməməkdə ittiham edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}