Keçmiş baş nazir: İranın nüvə obyektlərinə hücum edin!
Tarix: 03-10-2024 09:33 | Bölmə: Xəbərlər
Keçmiş baş nazir: İranın nüvə obyektlərinə hücum edin!

İsrailin keçmiş baş naziri Naftali Bennet deyib ki, İsrail Müdafiə Qüvvələri İranın nüvə obyektlərinə, neft sənayesinə və ölkənin rəhbərliyinə zərbə endirməlidir. O, bu çağırışı “The Wall Street Journal”a müsahibəsində edib.

Reyting.az
-ın məlumatına görə, N. Bennet bildirib ki, “Hizbullah” və HƏMAS müvəqqəti olaraq iflic, İran isə həssas vəziyyətdədir: “İndi onların özlərini müdafiə etmək imkanları yoxdur. İsrail Yaxın Şərqin simasını dəyişmək üçün son 50 ildə ən böyük fürsətə malikdir... İndi başına vurmağın vaxtıdır, əks halda o, sağala bilər”.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran İsrailə 500-ə yaxın ballistik raket atıb. Hücum “Hizbullah” və HƏMAS liderlərinin, eləcə də Livandakı İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinin öldürülməsinə cavab idi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}