Lənkəranın prokuroru təqaüdə göndərilib
Tarix: 03-10-2024 16:08 | Bölmə: Xəbərlər
Lənkəranın prokuroru təqaüdə göndərilib

Lənkəran rayon prokuroru təqaüdə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Taryel Ələkbərovu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar baş prokuror Kamran Əliyev oktyabrın 3-də qəbul edib.

Görüşdə baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Taryel Ələkbərova “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və hədiyyə təqdim edilib.

Görüş zamanı Taryel Ələkbərovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, eləcə də uzun illər cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif kateqoriyadan olan cinayətlərin istintaqı və bu sahədə gənc mütəxəssislərin formalaşmasındakı səmərəli fəaliyyəti qeyd edilib.

Tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}