15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - Fotolar (Yenilənib)
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
13:25 / 21-10-2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
13:21 / 21-10-2025
"Space TV"-yə xəbərdarlıq edilib
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
12:48 / 21-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:38 / 21-10-2025
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
12:36 / 21-10-2025
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
12:24 / 21-10-2025
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
11:48 / 21-10-2025
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
11:37 / 21-10-2025
Astanada Əliyevlə Tokayevin təkbətək görüşü olub - (Yenilənir) - Fotolar
11:34 / 21-10-2025
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
11:20 / 21-10-2025
Yavər Camalovun ailəsinə ağır itki üz verib
11:05 / 21-10-2025
Hacıyev: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri vahid "6-lıq" modelini formalaşdırır
10:58 / 21-10-2025
Ramiz Mehdiyevin kürəkəni qəzəblənib - Video
10:46 / 21-10-2025
Avropada kommunal xidmət xərcləri artır
10:24 / 21-10-2025
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
09:53 / 21-10-2025
Xəstə heyvanlar bazarlarda satılır?
09:48 / 21-10-2025
ABŞ Rusiya aktivlərindən Ukraynanın istifadəsinə qarşıdır
09:27 / 21-10-2025
Donald Tramp əleyhdarlarını təhqir edib - Foto
09:21 / 21-10-2025
Rəşid Mahmudov: “Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil”
09:15 / 21-10-2025
Türkiyənin yük təyyarəsi dənizə düşüb
09:05 / 21-10-2025
Metroya qara çarşabla minən kişi saxlanılıb - Foto
08:57 / 21-10-2025
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

14:39 / 19-10-2025

00:02 / 17-10-2025

17:09 / 16-10-2025

İlham Əliyev ABŞ rəsmiləri ilə görüşüb
Tarix: 17-11-2024 13:30 | Bölmə: Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Reyting.az xəbər verir ki, dövlətimizin başçısı COP29-un uğurla keçdiyini deyərək vurğulayıb ki, baxmayaraq, Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılıb, COP29-un ilk günündə bununla əlaqədar ciddi irəliləyiş əldə edilib. Prezident İlham Əliyev qeyd edib ki, COP29 maliyyə mövzusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq ictimaiyyət də bunu gözləyir. Azərbaycan prezidenti beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamaları da bu istiqamətdə ümidverici addım kimi qiymətləndirib.
Qonaqlar, ilk növbədə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıblar.
Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-nın ölkəmizə dəstəyi xatırlanıb, enerji strategiyamızın inkişafında onun dəstəyi qeyd olunub.
Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.
Dövlətimizin başçısı son 30 ildə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu və qarşlıqlı faydalı əməkdaşlığımızı qeyd edib.
Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxundu, o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırlayıb və bu müqaləvinin ABŞ və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verdiyini vurğulayıb, həmin dövr ərzində energetika sahəsində əsaslı əməkdaşlığın möhkəmləndiyini deyib.
Dövlətimizin başçısı Azərbaycanın yaşıl enerji strategiyası haqqında danışaraq, ölkəmizin beynəlxalq tərəfdaşlarla birlikdə bərpaolunan enerjinin istehsalı potensialını artırdığını və 2027-ci ilədək Azərbaycanın enerji istehsalının 30 faizinin yaşıl enerjinin payına düşəcəyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik enerjisi kabeli layihəsinə toxunub, bu xüsusda dövlətimizin region ölkələri – Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlığını qeyd edib. Həmçinin Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə yaşıl enerji sahəsində əməkdaşlığı, COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və transmissiyası haqqında imzalanmış sənədi vurğulayan prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan region ölkələri ilə birlikdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizi formalaşdırır.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində böyük həcmdə bərpaolunan külək enerjisi potensialının olduğunu vurğulayıb, hidroenerji resurslarının da inkişaf etdirildiyini və bunun da böyük enerji istehsalı həcmlərinə çatacağını qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın yaxın dövr ərzində 4 giqavat gücündə bərpaolunan enerjinin Avropa İttifaqı bazarına ixrac etmək imkanına malik olacağını bildirib və Avropa İttifaqı bazarının enerji tələbatının artmaqda olduğunu deyib.
Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edilib.
Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğulayıb, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırlayıb.
Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlətimizin başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirib.
Azərbaycan prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib. Bildirib ki, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olunub, Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunulub.
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:50
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
Bu gün, 14:08
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
Bu gün, 13:21
"Space TV"-yə xəbərdarlıq edilib
Bu gün, 12:00
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
Bu gün, 10:58
Ramiz Mehdiyevin kürəkəni qəzəblənib - Video
Bu gün, 09:27
Donald Tramp əleyhdarlarını təhqir edib - Foto
Bu gün, 09:15
Türkiyənin yük təyyarəsi dənizə düşüb
Bu gün, 09:05
Metroya qara çarşabla minən kişi saxlanılıb - Foto
Bu gün, 08:57
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
Bu gün, 08:19
Yaponiyada hökumət istefa verib
Bu gün, 07:48
Ruslar Xarkova hücum edib
Dünən, 18:04
Tramp Ukrayna prezidentini hədələyib
Dünən, 16:19
Venesuela həmləsi - Nurlan Umudov yazır
Dünən, 15:46
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
Dünən, 14:51
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
Dünən, 14:41
Nizami Rəmzinin qızı həbs edilib
Dünən, 13:02
Ramiz Mehdiyevin gəlini işə çıxmır
Dünən, 12:11
DİN əhaliyə çağırış edib
Dünən, 10:35
Sabiq idarə rəisi azadlığa buraxılıb
Dünən, 10:15
Goranboyda kafedə kütləvi dava: xəsarət alanlar var
Dünən, 08:11
Prezident seçkilərində “autsayder” qalib gəlib
Dünən, 07:16
Çin "Falcon 9" raketinin bənzərini yaradıb
Dünən, 00:07
İlham Əliyev Zəngilanla bağlı paylaşım edib - Video
19-10-2025, 14:39
Ayı ata və oğula hücum edib
19-10-2025, 09:07
Avropa Ukraynaya hərbi yardımı azaldıb
19-10-2025, 07:56
Zahid Oruc ittihamlarla razılaşmır
18-10-2025, 18:04
Rusiyalı bloqer evində ölü tapılıb
17-10-2025, 23:44
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
17-10-2025, 23:09
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
17-10-2025, 19:51
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
17-10-2025, 19:50
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
17-10-2025, 17:55
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17-10-2025, 16:46
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
17-10-2025, 16:20
Departament rəisi vəzifədən azad edilib
17-10-2025, 15:30
Ramiz Mehdiyev 7 saat dindirilib?
17-10-2025, 13:49
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
17-10-2025, 13:01
Qurban Qurbanov yeni biznesə başlayıb
17-10-2025, 11:57
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
17-10-2025, 10:57
Üç tanınmış hakim təqaüdə göndərilir
17-10-2025, 10:47
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
17-10-2025, 10:12
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq
17-10-2025, 10:10
Bakıda iki nəfər bıçaqlanıb
17-10-2025, 10:01
Rusiyalı müxalifətçini öldürmək istəyənlər ələ keçib
17-10-2025, 08:52
Kürdəmirdəki uşaq bağçasında yanğın olub
17-10-2025, 08:36
ABŞ ordusu gəmiyə hücum edib
16-10-2025, 22:40
Mehriban Əliyeva Vatikanda - Fotolar - Yenilənib