Gəncədə şagirdlər müəllimi döyüblər - Yenilənib
Tarix: 10-04-2025 17:34 | Bölmə: Xəbərlər
Gəncədə şagirdlər müəllimi döyüblər

Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb.

Hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb.

Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb.

Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.

Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb(Report).

***

Gəncədə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı araşdırma aparılır.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Reyting.az-a bildirilib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır: "Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Araşdırma aparılır".




Bölməyə aid digər xəbərlər