Ağstafada 9-cu sinif şagirdi bıçaqlanıb - Yenilənib
Tarix: 10-04-2025 14:55 | Bölmə: Xəbərlər
Ağstafada 9-cu sinif şagirdi bıçaqlanıb

Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi olub.

Məlumata görə, şagirdlərdin biri tənəffüs vaxtı mübahisə zəminində məktəb yoldaşına bıçaqla xəsarət yetirib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Report”un Qərb bürosunun sorğusuna verilən cavabda fakt təsdiqlənib: “Ağstafa rayonunda 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı bildiririk ki, 09 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib.

Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir. 

Qeyd edirik ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür".

***
Ağstafada bıçaqlanan məktəbli xəstəxanadan evə buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB mlumat yaylb.

Bildirilib ki, aprelin 9-u saat 12:40 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2010-cu il təvəllüdlü şəxs sol budun aşağı 1/3 hissəsinin kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib, cərrahın baxışından sonra saat 14:40 radələrində ambulator müalicə üçün evə buraxılıb.




Bölməyə aid digər xəbərlər