Budapeşti səsvermə hüququndan məhrum etmək istəyirlər
Tarix: 22-04-2025 07:50 | Bölmə: Siyasət
Budapeşti səsvermə hüququndan məhrum etmək istəyirlər

Avropa İttifaqına (Aİ) üzv ölkələr Ukraynaya görə Macarıstanı səsvermə hüququndan məhrum etməyə hazırlaşırlar.

Reyting.az
xəbər verir ki, bu barədə “The Guardian” qəzetində dərc olunan məqalədə deyilir.

Səbəb kimi Macarıstanın Kiyevə hərbi və maliyyə dəstəyinin qarşısını almağa cəhd etməsi göstərilir.

Bundan əvvəl məlum olub ki, rəsmi Budapeşt Ukraynanın Aİ-yə üzv olması ilə bağlı referendum keçirmək qərarına gəlib. Seçki bülletenlərində elektorata “Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirsinizmi?” - sualı da verilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər