Tarix: 20-10-2016 15:18 | Bölmə: Xəbərlər
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib.
Reyting.az "Report"a istinadən xəbər verir ki, istefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, N.Alxasov 1954-cü ildə Qusarın Çətkün kəndində anadan olub. Uzun illər xüsusi xidmət orqanlarında işləyib. Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə 2002-ci ildə Prezidentin fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
2006-cı ildə təqaüdə çıxıb.
Xatırladaq ki, N.Alxasov Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovun qardaşıdı.
Bölməyə aid digər xəbərlər