17:50 / 02-05-2024
Ceyhun Bayramov Rusiya xüsusi nümayəndəsi ilə görüşüb
17:46 / 02-05-2024
Britaniya özünü hava hücumundan qoruya bilməyəcək
17:27 / 02-05-2024
Qırğızıstanda dondurma maşını 29 uşağı vurub
17:22 / 02-05-2024
Nüvə tədqiqatlarının azərbaycanlı rəhbəri
17:16 / 02-05-2024
Federasiya baş məşqçi ilə bağlı qərar verib
17:12 / 02-05-2024
İkinci şübhəli ölüm: “Boeing” təyyarəsinin qüsurları ilə bağlı ifadə verənlər gözlənilmədən həyatını itirir
17:06 / 02-05-2024
Nazirlik professordan icarəyə yer götürüb
16:57 / 02-05-2024
Əfv Komissiyasının iclası təxirə salınıb - Yenilənib
16:55 / 02-05-2024
Almaniyadan sonra Budapeştdə də ukraynalı öldürülüb
16:49 / 02-05-2024
Hücumdan sonra ilk peyk görüntüləri yayılıb - Fotolar
16:41 / 02-05-2024
Havanın temperatur 4-8 dərəcə aşağı enəcək - Xəbərdarlıq
16:33 / 02-05-2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:22 / 02-05-2024
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına məktub ünvanlayıb
16:15 / 02-05-2024
Parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər
16:07 / 02-05-2024
Prezident birdəfəlik maddi yardımın verilməsi ilə bağlı sərəncam imzalayıb
15:49 / 02-05-2024
Ağcabədidə 33 yaşlı qadın öldürülüb
15:32 / 02-05-2024
Prezident keçmiş naziri rektor təyin edib - Sərəncam
15:29 / 02-05-2024
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib
15:20 / 02-05-2024
Ukrayna daha bir kəndini itirib
15:16 / 02-05-2024
Dini liderlər Şuşa Bəyannaməsi qəbul edib
15:13 / 02-05-2024
Laçının Sus kəndinə 20 ailə köçürüləcək
15:00 / 02-05-2024
Natiq Cəfərli: “Bu il devalvasiya olmayacaq"
14:40 / 02-05-2024
DİM-dən mayın 5-də keçiriləcək imtahanla bağlı - Açıqlama
14:34 / 02-05-2024
Misir piramidaları... - Onu tikənlərin müasir bilikləri olub? - Foto
14:14 / 02-05-2024
Azərbaycanla Özbəkistan arasında ikitərəfli biznes əlaqələri genişlənir
14:03 / 02-05-2024
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - (Yenilənib)
13:15 / 02-05-2024
Cəbrayılın Horovlu kəndinə ilk köç hazırlanır
13:13 / 02-05-2024
Böyük təhlükə: atom elektrik stansiyasının üzərində döyüş PUA-ları uçur
18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
22:50 / 27-04-2024
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
22:39 / 27-04-2024
Yunanıstanın baş naziri Türkiyəyə səfərə hazırlaşır
08:08 / 28-04-2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
14:17 / 29-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib) - Foto
18:00 / 28-04-2024
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
18:14 / 28-04-2024
"Boinq" kosmosa uçacaq - Fotolar
15:02 / 28-04-2024
Bu gün magistraturalara qəbul imtahanı olub - Yenilənib
14:28 / 29-04-2024
DİM imtahanların vaxtını dəyişib
12:15 / 29-04-2024
Nazim Bəydəmirlinin məhkəməsi başlayıb
17:52 / 28-04-2024
Türkiyə səmasında insanabənzər cismlər peyda olub
Fransa səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib
Tarix: 15-07-2020 16:31 | Bölmə: Xəbərlər
15 iyul 2020-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.
XİN-dən Reyting.az-a verilən məlumata görə, görüşdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistan silahlı qüvvələrinin iyul ayının 12-də artilleriya və ağır silahlardan istifadə etməklə Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində hücumlara başladığını və onun nəticəsində 1 general da daxil olmaqla 11 azərbaycan hərbçisinin və 1 mülki şəxsin həlak olduğunu diqqətə çatdırıb.
Hücumları dəf etmək və atəş nöqtələrini ləğv etmək məqsədi ilə Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində çoxsaylı itkilər verən Ermənistan silahlı qüvvələrinin geri oturdulduğunu bildirib.
Nazir müavini qeyd edib ki, bu təcavüz aktını törətməkdə məqsəd Azərbaycan ərazilərində yeni mövqeləri ələ keçirməklə işğalın əhatəsini genişləndirərək sərhəd zonasında yaşayan mülki əhalini məcburi köçkün vəziyyətinə salmaqdır.
X.Xələfov bu təxribatçı əməlin təcavüzkar Ermənistanın rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməli olduğunu vurğulayıb. O, Ermənistan rəhbərliyinin bu məkrli niyyətinin eyni zamanda region ölkələrini və üzv olduğu hərbi-siyasi blokları Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi orbitinə cəlb etməklə digər dövlətləri təcavüzkar ölkə kimi üzərinə düşən beynəlxalq məsuliyyətə bulaşdırmaqdan ibarət olduğunu bildirib.
Nazir müavini Ermənistan hakimiyyətinin bu avantürist təxribatının alınmadığından narahat olan Fransadakı, xüsusilə Parisdəki erməni havadarlarının Azərbaycana qarşı düşmənçiliklərini gizlədə bilmədiklərini qeyd edib. Belə ki, təşkil edilmiş radikal qrupların iyul ayının 13-dən 14-nə keçən gecə (Fransanın milli bayramı günü, saat 2-3 radələrində) Azərbaycan səfirliyinə və Mədəniyyət Mərkəzinə hücumlar təşkil etmiş və səfirliyimizin binasına qarşı vandal aktı törətmişlər.
X.Xələfov baş vermiş insidentlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Fransa tərəfinə qəti etiraz etdiyini, bu vandalizm aktının araşdırılmasını, törədənlərin hərəkətinə hüquqi qiymət verilməsini tələb etdiyini diqqətə çatdırıb. O, Fransa Hökuməti tərəfindən Azərbaycanın Parisdəki diplomatik missiyasının binalarının mühafizəsinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini istəyib.
X.Xələfov, Azərbaycan tərəfinin Fransadan Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atılmasını, eləcə də Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “qurum”u təşviq edən hər hansı fəaliyyətinin, o cümlədən “humanitar layihələr adı ilə, qarşısının alınması üçün bütün zəruri tədbirləri görməsini gözlədiyimizi bildirib.
Nazir müavini, baş verənlərin bir daha ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini şübhə altına aldığını və Minsk Qrupunun rolunu və fəaliyyətini sual altına qoyduğunu vurğulayıb. O, Azərbaycan ictimaiyyətində Minsk Qrupunun fəaliyyəti ilə bağlı ciddi narazılıqların getdikcə artmaqda olduğunu, Minsk Qrupu həmsədrlərinin Ermənistana işğalçı siyasətinə son qoymasına və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi üçün açıq çağırışlar etmək əvəzinə, hər dəfə ümumi bəyanatla kifayətləndiyini qeyd edib.
X.Xələfov münaqişənin həllinin süni surətdə uzadılmasının regional sabitlik və təhlükəsizlik üçün yeni risklər və çağırışlara münbit şərait yaradaraq daha geniş regional münaqişələrə yol açacağını vurğulayıb.
O, Ermənistan Respublikasının bu cinayətkar addımları atmaqla 30 ildən bəri davam edən və Azərbaycan torpaqlarının 20%dən çoxunu işğal altında saxlayan təcavüzkar siyasətinin davam etdirilməsində israrlı olduğunu nümayiş etdirdiyini bildirib.
X.Xələfov, hadisələrin bu məcrada inkişafına Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilat və nüfuzlu dövlətlərin təcavüzkar Ermənistana loyal və yumşaq münasibət bəsləməsi, beynəlxalq birliyin Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyət daşımasına göz yummasının şərait yaratdığını vurğulayıb.
O, vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Bugünkü Ermənistan Respublikası hakimiyyətinin siyasətinin sülh danışıqlarının hər vəchlə pozmaq, onların mahiyyətini saxtalaşdırmaq, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasından boyun qaçırmaqdan ibarət olduğunu diqqətə çatdırıb. Bu proseslərin dünya birliyi və Minsk Qrupu həmsədrlərinin gözü qarşısında baş verdiyini və adekvat tədbirlərin görülməməsinin daim Azərbaycan xalqını məyus etdiyini söyləyib.
X.Xələfov, Azərbaycanın hüquqlarının on illərdən bəri ardıcıl olaraq pozulması və onun haqq işinə biganəliyin Azərbaycan xalqının və onun qətiyyətli rəhbərliyinin səbir kasasını doldurduğunu, Azərbaycan xalqının və dövlətinin yaşamaq və inkişaf hüququnun təcavüzkar tərəfindən daim tapdalanmasına yol verilməyəcəyini vurğulayıb.
Yaranmış vəziyyətin Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünü müdafiə hüququna əsaslanaraq təcavüzün dayandırılması, işğal olunmuş ərazilərinin azad olunması üçün təxirə salınmadan tədbirlərin həyata keçirməsini tələb etdiyini bildirib.
Nazir müavini, Ermənistan Respublikasının Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına və ya işğal edilmiş ərazilərin Ermənistana birləşdirilməsinə yol verilməyəcəyinə dair özünə hesabat verməli olduğunu diqqətə çatdırıb.
Fransanın Azərbaycandakı səfiri ölkəsinin iyul ayının 12-dən başlayaraq, Azərbaycan və Ermənistan sərhədində baş verənləri diqqətlə izlədiyini və insan tələfatına səbəb olmuş bu hadisələrdən dərin təəssüf və narahatlıq keçirdiklərini bildirib, Azərbaycan tərəfinə başsağlığı verib.
Səfir, nazir müavininin səsləndirdiyi Azərbaycan dövlətinin və xalqının narahatlıqlarını anladığını, ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcəyindən əmin edib.
O, Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Parisdə Azərbaycan səfirliyinə qarşı törədilmiş vandal aktı ilə bağlı narahatlığı və gözləntiləri ilə bağlı mesajların aydın şəkildə Parisə çatdıracağını vəd edib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:27
Qırğızıstanda dondurma maşını 29 uşağı vurub
Bu gün, 16:57
Əfv Komissiyasının iclası təxirə salınıb - Yenilənib
Bu gün, 16:49
Hücumdan sonra ilk peyk görüntüləri yayılıb - Fotolar
Bu gün, 15:49
Ağcabədidə 33 yaşlı qadın öldürülüb
Bu gün, 15:29
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib
Bu gün, 15:20
Ukrayna daha bir kəndini itirib
Bu gün, 15:13
Laçının Sus kəndinə 20 ailə köçürüləcək
Bu gün, 13:15
Cəbrayılın Horovlu kəndinə ilk köç hazırlanır
Bu gün, 12:33
Məşhur kino ulduzları eyni filmdə çəkiləcəklər - Fotolar
Bu gün, 11:00
Sənədisz evlərlə bağlı portal yaradılır - Video
Bu gün, 10:23
Kollecə direktor təyin olunub
Bu gün, 10:18
Kəlbəcər şəhərinin Baş planı təsdiqlənib
Bu gün, 09:37
Ədliyyə Nazirliyində iki rəis müavini təqaüdə göndərilib
Bu gün, 08:04
“İskəndər” ABŞ-nin “ATACMS”-ni üstələyir
Bu gün, 08:00
Tbilisi NATO-ya üzlük perspektivini riskə atır
Bu gün, 07:52
Tramp: Bayden dünyanı nüvə müharibəsinə aparır
Bu gün, 00:07
İyunda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 23:12
Türkiyə hərbçisini ildırım vurub
Dünən, 16:00
“İpoteka haqqında” qanuna dəyişikliklər təsdiqlənib
Dünən, 15:52
İlham Əliyev baş ravvini qəbul edib
Dünən, 12:47
Ramin Məmmədovun deputat mandatına xitam verilir
Dünən, 12:14
Ruslar Kupyanskini tutmağa çalışır
Dünən, 10:39
Xankəndidə silah-sursat aşkarlanıb
Dünən, 07:38
Britaniya deportasiyaya başlayıb
Dünən, 07:35
Zelenski Norveç hökumətinə təşəkkür edib
Dünən, 07:30
Xüsusi təyinatlılar Tbilisini tərk edir
30-04-2024, 19:41
NATO Ukraynada Rusiya raketlərini vura bilər
30-04-2024, 18:01
Mərkəz rəhbəri Anar Məmmədli həbs olunub - Yenilənib
30-04-2024, 17:09
Blinken: “Rusiya danışıqlara başlamaq istəsə...”
30-04-2024, 16:12
Gələn ay Şuşaya 20 ailə köçürüləcək
30-04-2024, 15:52
Kəşfiyyat xəbərdar edir: hibrid hücumlar olacaq
30-04-2024, 15:20
Göyçayda oğul atasını döyərək öldürüb - (Yenilənib)
30-04-2024, 14:45
NATO Rusiya ilə müharibəyə hazırlaşır
30-04-2024, 13:57
Fransa səfiri Bakıya qayıdıb
30-04-2024, 13:52
Jurnalist Elnarə Qasımova həbsdən buraxılmayıb
30-04-2024, 12:58
Qəzzada daha 13 fələstinli həlak olub, xeyli yaralı var
30-04-2024, 11:42
Məktəbdə dava: 15 yaşlı uşaq özünü asıb
30-04-2024, 09:38
Sumqayıtda 5 ədəd əl qumbarası tapılıb - Fotolar
30-04-2024, 09:18
Meksikada güclü zəlzələ baş verib
30-04-2024, 09:08
Karlson Duqinlə “dərdləşib”
29-04-2024, 21:08
Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik edib
29-04-2024, 18:01
Stoltenberq: "Ukrayna NATO-ya üzv olmaq yolundadır"
29-04-2024, 17:14
Çin lideri Avropaya səfərə hazırlaşır
29-04-2024, 12:30
Mayın 5-də növbəti imtahan keçiriləcək
29-04-2024, 10:52
Bakıda 70 yaşlı kişi adam öldürüb
29-04-2024, 09:06
Abşeronda ər 48 yaşlı arvadını öldürüb
29-04-2024, 00:01
Ukraynaya daha 95 milyon dollarlıq hərbi yardım ayrılıb
28-04-2024, 15:02