Ərdoğan: “Zəngəzur dəhlizi ilə bağlı çətinlik görmürəm”
Tarix: 14-10-2022 13:14 | Bölmə: Xəbərlər / İqtisadiyyat
Ərdoğan: “Zəngəzur dəhlizi ilə bağlı çətinlik görmürəm”

“Zəngəzur dəhlizinin açılması ilə bağlı hansısa çətinlik görmürəm”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Çexiyanın paytaxtı Praqada keçirdiyi görüşləri xatırladıb: “Orada Azərbaycan prezidenti İlham Əliyev, Macarıstanın baş naziri Viktor Orban və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdük. Sonra da heyətlərarası görüş oldu. Bu məsələlər barədə danışdıq”.

Ərdoğan daha sonra putinlə dünən müzakirə olunan qaz qovşağı barədə suala cavab verib.

O bildirib ki, artıq Trakya şəhərində yaradılması nəzərdə tutulan Türkiyə-Rusiya təbii qaz qovşağının yaradılması ilə bağlı göstəriş verib: "Rusiya ilə qaz tranziti sahəsində əməkdaşlıq davam edir. Türkiyə Rusiya ilə qaz qovşağının yaradılmasnda maraqlıdır. Bu qovşağın yaradılması üçün Enerji və Təbii Ehtiyatlar Nazirliyimizə tapşırıq vermişəm. Qovşaq Trakyada yaradılacaq. Addımlarımızı təhlükəsizlik tədbirlərinə uyğun olaraq atacağıq".

Ərdoğan ABŞ-ın F-16-ların Türkiyəyə satışı barədə ön şərtləri qaldırmasını da müsbət sayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2024, 10:09 XİN İsraili təbrik edib

{sape_links}{sape_article}