Keçmiş məmurun məhkəməsi olub
Tarix: 10-10-2018 09:44 | Bölmə: Xəbərlər
Keçmiş məmurun məhkəməsi olub

Ali Məhkəmədə rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sabirabad Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Alim Lumanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kasassiya şikayətini geri götürdüyü elan olunub.

İttiham aktına əsasən, A.Lumanov 11 oktyabr 2012-ci ildən 11 dekabr 2015-ci il tarixədək Sabirabad rayon icra hakimiyyəti başçısının Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}