Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
Tarix: 24-04-2024 08:37 | Bölmə: Xəbərlər
Narkotikə görə daha 4 nəfər həbs edilib

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadla bildirir ki, həmin şəxslərdən ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}