“Su-35”-lər "Patriot"-u aldada bilir
Tarix: 24-04-2024 19:16 | Bölmə: Xəbərlər
“Su-35”-lər "Patriot"-u aldada bilir

Amerikanın ən məhşur hərbi brendlərindən biri sayılan "Patriot" hava hücumundan müdafiə sisteminin hansı səbəblərə görə Rusiya istehsalı olan “Su-35” qırıcı təyyarələrini aşkar edə bilməməsi bir çoxlarında sual yaradıb.

Reyting.az
-ın məlumatına görə, bəzi mütəxəssislər ABŞ-nın arsenalında önəmli yerlərdən birini tutan "Patriot" hava hücumundan müdafiə sisteminin hansı səbəbdən “Su-35” təyyarələrini aşkarlaya bilməməsi və yaxud çətinliklə aşkar etməsinin dəqiq izahını verib, "Gözəgörünməz" adlandırılan qırıcının üstünlüklərindən söz açıblar.

"Defence TV" telekanalında danışan müşahidəçilərin fikrincə, əslində boşluq ABŞ istehsalında axtarılmalıdır.

Hərbi ekspertlər deyib ki, “Su-35” qırıcı təyyarəsi çox böyük manevr qabiliyyətləri ilə yanaşı, həm də aşağı radar imzasına və inkişaf etmiş elektron döyüş sisteminə malikdir. Bu isə "Patriot" radarlarının onu aşkara çıxarıb tutmasına mane ola bilər. Üstəlik, bu müasir təyyarə zenit raketlərinin hədəflənməsini xeyli çətinləşdirən xüsusi saxta hədəflər yaradır.

Xatırladaq ki, Rusiya istehsalı olan “Su-35” təyyarəsi bu ölkənin hərbi sənayesi üçün çox uğurlu təqdimatlardan biridir. Bu təyyarə çoxməqsədli supermanevrli qırıcıdır, 4++ nəslinin itələmə vektoruna nəzarət edir. O, düşmənin hava, yer (həm də yerüstü) hədəflərini, hava hücumundan müdafiə sistemləri ilə əhatə olunan, eləcə də yerli aerodromdan xeyli uzaqda yerləşən infrastrukturu məhv etməklə yanaşı havada kəşfiyyat aparılması üçün nəzərdə tutulub.

“Su-35S” ilə onun “Su-30” ailəsinin 4+ nəsil qırıcıları arasındakı ən mühüm fərqlərdən biri göyərtədə beşinci nəsil avionikaların olmasıdır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}