Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb
Tarix: 14-10-2018 09:57 | Bölmə: Xəbərlər
Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb

Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində (Badamdar şossesi) baş verən torpaq sürüşməsi zonasında dəyişiklik qeydə alınmayıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumatda deyilir.

Məlumata görə, sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib. Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}