Paşinyan yenə baş nazir postuna namizəd olacaq
Tarix: 23-10-2018 14:19 | Bölmə: Xəbərlər
Paşinyan yenə baş nazir postuna namizəd olacaq

“Çıxış” blokunun parlament fraksiyası baş nazir postuna öz namizədini irəli sürəcək.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, bunu fraksiyanın katibi Qevork Qorqisyan açıqlayıb.

“Hüquqşünaslarla məsləhətləşmələrdən sonra bizə aydın oldu ki, hökumət naşçısı vəzifəsinə namizəd irəli sürməyimiz vacibdir. Biz Nikol Paşinyanın namizədliyini dəstəkləyəcəyik”, - Qorqisyan vurğulayıb.

Qeyd edək ki, bu gün saat 18:00-a qədər fraksiyalar baş nazir postuna öz namizədlərini irəli sürə bilərlər.

Nikol Paşinyan hökumət başçısı vəzifəsindən oktyabrın 16-da istefa verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}