Daha beş rayonda sakinlərin işi asanlaşacaq - Siyahı
Tarix: 05-11-2018 11:48 | Bölmə: Xəbərlər
Daha beş rayonda sakinlərin işi asanlaşacaq
"2019-cu ildə Azərbaycanda "ASAN Xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq”.

Reyting.az
xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, hazırda ölkədə 15 "ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir: "Gələn il isə Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan 5 yeni mərkəz Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı, Balakən rayonlarında olacaq. Bu 5 mərkəzin hər birinin tikintisi artıq başlayıb”.

Ü. Mehdiyev qeyd edib ki, mərkəzlərdə 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}