Eşşək südü sağlamlıq üçün zərərli hesab olundu
Tarix: 05-11-2018 13:19 | Bölmə: Xəbərlər
Eşşək südü sağlamlıq üçün zərərli hesab olundu

Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasındakı yoxlamalarla bağlı açıqlama yayıb.

Reyting.az-a agentlikdən verilən məlumata görə, qurumun mütəxəssisləri Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatına baxış keçirib və oradakı heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunan pasterizə edilən ulaq südünün tədqiqat (sınaq) məqsədli müayinəsi nəticəsində, sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edilib. Bu isə həmin təsərrüfatın sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığının göstəricisidir.

Bundan başqa, ulaq südünün və həmin südün emalı nəticəsində əldə edilən məhsulların daxilə qəbulu və xaricə istifadəsi zamanı insan orqanizminə və onun fizioloji göstəricilərinə mümkün təsirləri barədə müvafiq elmi-tədqiqat institutlarının rəylərinin təqdim edilməsi, eləcə də həmin məhsulların texniki parametrlərini özündə əks etdirən texniki şərtlər və digər normativ texniki sənədlər, habelə istehsalın standartlarının hazırlanması və təsdiq olunması üçün təsərrüfat sahibinin Azərbaycanda fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməsi tövsiyə olunub.

Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}