12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Nigeriyada polislər 100-dən çox adamı öldürdü - Səbəb
Tarix: 01-12-2018 17:54 | Bölmə: Xəbər lenti
Nigeriyada polislər 100-dən çox adamı öldürdü

Nigeriyanın Zamfara ştatında cinayətkarlğın aradan qaldırılması məqsədilə keçirilən əməliyyatda polis 100-dən çox adamı öldürüb.

Reyting.az xarici mediaya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, əməliyyat insaların oğurlanması və geri qaytarılmaları üçün pul tələbi hallarının artması səbəbindən keçirilib.

Polisdə qeyd ediblər ki, öldürülənlər quldurlar olublar.

“Birgə operativ əməliyyat qrupu Zamfara ştatının Maqanq-Fore bölgəsində pusquda duran quldur basqının qarşısını alıb, hücum nəticəsində 104 quldur məhv edilib. Bəli, məhz 104 quldur, onlar günahsız insanlara qarşı terror edir və öldürürdülər”, - polis Cimoş Mosistix bildirib.

Qeyd edilir ki, noyabr ayı ərzində insanları oğurlayan 85 nəfər də saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər