Yerevanda hamamda atışma: Yaralılar var
Tarix: 05-12-2018 11:34 | Bölmə: Xəbərlər
Yerevanda hamamda atışma: Yaralılar var

Yerevandakı hamamlardan birindəkı insident zamanı bir neçə nəfər yaralanıb.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, dekabrın 4-də polisə “Erebuni” tibb mərkəzindən döş qəfəsinin sağ yarısının yarası ilə 35 yaşlı Yerevan sakininin gətirildiyi haqda məlumat daxil olub.

Həmi n gün “Nairi” tibb mərkəzindən də polisə 27 və 44 yaşlı iki Yerevan sakinin güllə yarası ilə daxil olduğu haqda da məlumat verilib.

Araşdırma zamanı hadisənin baş verdiyi yer və atəş açanın kimliyi müəyyənləşdirilib. 44 yaşlı yaralının hadisənin baş verdiyi hamamın direktoru olduğu bildirilir. Atəş də onun kabinetində açılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}