Brüsseldə etirazçılarla polis arasında toqquşma olub
Tarix: 08-12-2018 19:54 | Bölmə: Xəbərlər
Brüsseldə etirazçılarla polis arasında toqquşma olub

Dekabrın 8-də Brüsseldə “Sarı jiletlər” hərəkatı iştirakçıları ilə polislər arsında toqquşma baş verib.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, nümaişçilərin qanun keşikçilərinə fişəng atmasından sonra polis su çiləyən maşınlardan istifadə edib.

Məlumata görə, bir neçə nəfər saxlanılıb.

Aksiyada ən azı 400 nəfərin iştirak etdiyi bildirilir.

Noyabr ayından Fransa və Belçikada “Sarı jiletlər”in benzinin qiymətinin artırılmasının əleyhinə aksiyalar keçirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}