Köçəryanı müdafiə mitinqləri keçiriləcək
Tarix: 09-12-2018 19:17 | Bölmə: Xəbərlər
Köçəryanı müdafiə mitinqləri keçiriləcək

Dekabrın 11-i Ermənistanın ikinci prezidenti Robert Köçəryanı müdafiə piketləri və mitinqlərinin başlanğıc günü elan edilir.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, bu, “Prezidentə azadlıq” təşəbbüs qrupunun açıqlamasında bəyan edilir.

“Əziz həmvətənlər, Ermənistanın indiki hakimiyyəti Ermənistanın Konstitusiya və qanunlarını kobudcasına pozaraq, hakimlərə görünməmiş təzyiqlər tətbiq edərək, erməni milli maraqlarına zidd gedərək, qanunsuz şəkildə “Dağlıq Qarabağ Respublikası”nın dövlət müdafiəsinin rəhbəri, Qarabağın qəhrəmanı, Dağlıq Qarabağın “ilk prezidenti” və Ermənistanın ikinci prezidentini həbs edib.

Biz, bir qrup Ermənistan vətəndaşı baş verənləri millət əleyhinə cinayət kimi qiymətləndirərək öz qəti səsimizi bu dəhşətli ədalətsizliyə qarşı qaldırmağa hazırlaşırıq. Biz mitinq mübarizəsi mərhələsini elan edir və erməni şərəfi və bizim uşaqlarımızın layiqli gələcəyi kimin üçün qiymətlidirsə, bizə qoşulmağa çağırırıq. Piket və mitinqlərin başlanma günü dekarın 11-dir. Bizə qoşulun! “Prezidentə azadlıq” təşəbbüs qrupu”, - açıqlamada vurğulanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}