Keçmiş nazir müavini bıçaqlanıb
Tarix: 10-12-2018 18:44 | Bölmə: Xəbərlər
Keçmiş nazir müavini bıçaqlanıb

Gürcüstanın ədliyyə nazirinin keçmiş müavini, Xüsusi Penitensiar Xidmətin sabiq rəhbəri Zviad Mixanaşvili bıçaqlanıb.

Reyting.az
-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə ötən gün Tbilisinin Tsxneti qəsəbəsində yerləşən restoranlardan birində qeydə alınıb.

Z. Mixanaşvili ilə yanaşı, iki nəfər də yaralanıb. Hadisənin keçmiş məhbus tərəfindən törədildiyi bildirilir.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətlərinin sabit olduğunu bildiriblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}