Şaxta babalar yer üstündə dava etdilər
Tarix: 18-12-2018 18:10 | Bölmə: Xəbərlər
Şaxta babalar yer üstündə dava etdilər

Odessanın Deribasov küçəsində iki Şaxta baba şam ağacının ətrafındakı iş üxtündə dalaşıb.

Reyting.az bildirir ki, bu barədə Ukraynanın 1+1 telekanalının xəbərlər xidmətinin jurnalistləri xəbər veriblər.

Jurnalistlər şahidlərin ifadələrini göstərirlər: sən demə, Timur adlı Şaxta baba şam ağacının ətrafında bir qəzla şəkil çəkdirib, lakin bu Mustafa adlı Şaxta babanın xoşuna gəlməyib, buna görə onu həmin yerdən rədd olub getməsini tələb edib.

Timur imtina edəndən sonra onlar əlbəyaxa olublar, bu zaman hətta kisələrindəki hədiyyələrdən də istifadə ediblər.

Küçədə Şaxta babadan biri ilə olan Qar qız dava edənləri ayıra bilməyib. Ona görə ətrafdan keçənlər işə qarışıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}