13:45 / 18-03-2019
Sağ olun, cənab Prezident!
00:22 / 18-03-2019
Ruhumuzu necə xilas etməli?
18:23 / 16-03-2019
Əli İnsanov da əfv olundu
Akademiyanın rektoru vəfat edib
Tarix: 07-01-2019 11:53 | Bölmə: Xəbər lenti
Akademiyanın rektoru vəfat edib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də ömrünün 56-cı ilində vəfat edib.

Çingiz Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə "Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi başlayıb. Biliyi və bacarığı hesabına qısa vaxtda kapitan vəzifəsinədək yüksələ bilib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.

1993-1996-cı illərdə "Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, "Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə "British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə "Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə "Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, "Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

23 senytabr 2015-ci il tarixində texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Akademiyaya rəhbərlik etdiyi ilk gündən təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil prosesinin modernləşdirilməsinə çalışıb. Fəaliyyəti dövründə uğurla həyata keçirdiyi köklü struktur dəyişiklikləri, məqsədyönlü kadr siyasəti Akademiyada tədris prosesinin keyfiyyətini xeyli yaxşılaşdırıb.

Çingiz Əliyev Akademiyada tədris prosesinin yeni innovativ metodlarla təşkili və idarə olunması, tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesini daim diqqət mərkəzində saxlayıb. ADDA-nın müasir dünya tələblərinə cavab verən maddi-texniki baza ilə təmin olunmasında, burada professor-müəllim və tələbə heyətinin səmərəli fəaliyyəti üçün hər cür şəraitin yaradılmasında əvəzsiz xidmətləri olub.

"Donanmanın fəxri işçisi” olan Çingiz Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb, dövlət başçımızın 21 oktyabr 2018-ci il tarixli sərəncamı ilə "Gəmiçilik sahəsində xidmətlərə görə medalı ilə təltif edilib.

17 elmi məqalənin, beş dərsliyin müəllifi olan Çingiz Əliyev ölkənin ictimai həyatında da yaxından iştirak edirdi.

Tələbkar olduğu qədər də qayğıkeş rəhbər, səmimi insan Çingiz Mansur oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
11-03-2019, 15:00 Paşinyan Qarabağa gəlib

{sape_links}{sape_article}