Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Tarix: 23-01-2019 11:34 | Bölmə: Xəbər lenti
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib

Qusar rayonunda vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

Reyting.az
-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qusar rayon şöbəsinin sektor müdiri Pənahov Bəyəli Minhac oğlu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. Barəsində toplanan cinayət işinin materialları baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.

Həmin cinayət işində Bəyəli Pənahovla birlikdə Yaşar Bədəlov da təqsirləndirilən şəxs qismində cəlb olunub.

Cinayət işi hakim Rafiq Kazımovun icraatına verilib.

Məhkəminin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.(Report)
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}