Keçmiş diaspor rəhbəri saxlanılıb - İttiham
Tarix: 12-02-2019 16:00 | Bölmə: Xəbərlər
Keçmiş diaspor rəhbəri saxlanılıb

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Reyting.az xəbər verir ki, "Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, S. Sadıqov "reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə təqsirli bilirlər.

Keçmiş diaspor rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışıb. 2012 -2018-ci illər Rusiya prezidentinin Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}