23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Xəzərdə balıq ovu kvotası azaldılıb
Tarix: 24-03-2019 12:14 | Bölmə: Xəbərlər
Xəzərdə balıq ovu kvotası azaldılıb

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarından sənaye ovu üçün kvota 33 faiz azaldılıb.

Reyting.az
-ın məlumatına görə, Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli qərarı ilə təsdiqlənən “2019-cu il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 2 min 327,6 tondur.

Bu, 2018-ci illə müqayisədə 33 faizə qədər azdır. Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “2018-ci il üçün Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 3 min 455 ton olub.(Mənbə: ona)




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}