Qarabağa görə İranda azərbaycanlı gənci şallaqladılar
Tarix: 18-04-2019 12:23 | Bölmə: Xəbərlər
Qarabağa görə İranda azərbaycanlı gənci şallaqladılar

İrandakı molla rejiminin asayiş keşikçiləri Ermənistan bayrağını yandırdığı üçün azərbaycanlı gənci küçənin ortasında şallaqlayıblar.

Reyting.az bildirir ki, bununla bağlı məlumat və foto sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin fevral ayında Tehrana səfəri zamanı yerli erməni icması ilə görüşüb. Orada ““Artsax”-Ermənistandır, vəssalam” sözləri yazılan plakatın önündə şelfi çəkib. Buna cavab olaraq Təbrizin “Traxtur” futbol komandasının oyunu zamanı on minlərlə azərbaycanlı stadiona yığışıb, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndirib. Habelə Azərbaycan bayrağı qaldırıblar və Ermənistan bayrağını yandırıblar.

İran polisi azərbaycanlı gənclərə hücum edib, onlardan 30-a yaxını saxlanılıb. Saxlanılanlar arasında erməni bayrağını yandıran Eshan adlı gənc də olub. Onu şallaqlama cəzasına məhkum ediblər. Bu günlərdə cəza icra edilib.

Ermənistan mətbuatı bu haqda yazıb. Sosial şəbəkələrdə yayılan fotoya əsasən cəlladlar kütlənin gözü qarşısında gənci xüsusi dəzgaha uzadıb şallaqla döyürlər, zərbələrdən onun kürəyi büsbütün qançır olub...

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}