Cəbhədə ağır döyüşlər başlayıb
Tarix: 25-02-2017 12:55 | Bölmə: Xəbərlər

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Reyting.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb:

"Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir".

Hadisə ilə bağlı hərbi ekspert Üzeyr Cəfərov deyib ki, son günlər təmas xəttində ermənilər xeyli aktivləşib və onların istifadə etdikləri silah-sursat da kifayət qədər ciddi idi: "Onlar minamiyot və ağır artilleriyadan istifadə edirdilər. Dünən düşmən cəbhə xəttində əlverişli mövqey sayılan Xocavənd-Füzuli istiqamətində hücuma keçib. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib. Buna baxmayaraq düşmən ağır artilleriya silahından istifadə etməsi itki verməyimizlə nəticələnib”.

Artıq düşmənin açıq təxribata keçdiyini bildirən Ü.Cəfərov narahatlıq üçün əsasın olmadığını qeyd edib: "Silahlı Qüvvələrimiz vəziyyətə nəzarət edir və amma yenədə son dərəcə diqqətli və ehtiyatlı olmaq lazımdır".

Ü.Cəfərovun fikrincə, ermənilərin atəşkəsi pozmasının arxasında iki məqsəd var. Onlardan biri Xocalı, ikincisi isəitirdikləri mövqelərə geri almaqdır: "Düşmən hələ də təxribatından və niyyətindən əl çəkmir. Amma bunu qarşısı alınacaq. Ən əsası odur ki, Azərbaycan silahlı qüvvələri onların bu fikirini əvvəlcədən bilirdi.

Çox təəssüflər olsun ki, bu beynəlxalq qurumların daha çox arzuladığı xoşagəlməyən mənzərədir. Onlar cəbhədə qan tökülməsini istəyirdi. İki prezident bir araya gətirsinlər və ATƏT-in mənasız Minsk qrupu yenə də fəaliyyətə keçsin. Təəssüf ki, onların fəaliyyətsizliyi bu gün belə ağır nəticələrə gəlib cıxır.”

Hərbi ekspert hesab edir ki, Ermənistanın bu təxribatçı hərəkəti cavabsız qalmayacaq: "Ola bilər ki, Azərbaycan rəhbərliyinin qərarı ilə aprel döyüşlərində olduğu kimi, onların təxribatlarına qarşı amansız tədbirlər həyata keçirilsin. Düzdür, ön xəttə düşmən xeyli sayda ağır silahlar cəmləyib. İtkilərimizin çox olması qaçılmazdır. Əgər düşmənin hərəkəti layiqincə cavablandırılacaqsa, istər-istəməz açıq döyüş olacaq. Belə döyüşlərdə də itkilərin sayı hər zaman çox olur".

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}