Arıçılara yeni ixrac imkanları yaradılır - Tədbir+Fotolar
Tarix: 14-03-2017 13:22 | Bölmə: Xəbərlər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Natiq Mədətov Azərbaycan Arıçılar Assosiasiyasının regional nümayəndiliyinin açılışı iləbağlı keçirilən tədbirə qatılıb.

Reyting.az-a verilən məlumata görə, açılış Azexport komandasının Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlarla keçirdiyi görüş çərçivəsində reallaşıb. Tədbir zamanı arçılarla təşkil olunan görüşdə şimal bölgəsində bal ixracının artırılması məsələsi ətraflı müzakirə olunub. Bildirlib ki, dünya bazarlarında yüksək keyfiyyətli və ekoloji təmiz Azərbaycan balına böyük maraq var və bu sahədə geniş ixrac potensialı mövcuddur.

N.Mədətov Arıçılar Assosiasiyasına üzv olan arıçılara Azexport portal barədə ətraflı məlumat verib. Azexport portalının bal istehsalı ilə məşğul olan sahibkarlara yaratdığı ixrac imkanları ətraflı şəkildə izah edilib. Azexport portalının arıçıların yeni bazarlara çıxmasına və müştəri tapmaların böyük töhfə verəcəyi bildirilib. Onların nəzərinə çatdırılıb ki, Azexport portalından istifadə etməklə arıçılıq məhsullarının dünya bazarlarına çıxararkən sertifikatlaşmadan başlayaraq, çatdırılmaya kimi bir çox xidmətlərdən yararlana bilərlər.

O, vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfindən yaradılan "Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” da sahibkarlara əlavə imkanlar verəcək.

Daha sonra N.Mədətov Şabran, Xaçmaz və Qusar rayonlarına səfər edərək arıçılarla ayrı ayrılıqda görüşüb. Şimal bölgəsində keçirilən görüşlər zamanı Azexport portal vasitəsi ilə Azərbaycandan bal ixracının artırılması üçün fəaliyyətin gücləndirilməsi ilə bağlı arıçılarla razılıq əldə olunub.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}