Vüsal Qasımlı Silikon Vadisinin təmsilçisini qəbul edib
Tarix: 16-03-2017 14:31 | Bölmə: Xəbərlər

Vüsal Qasımlı Silikon Vadisinin təmsilçisini qəbul edib

İqitisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı, ABŞ-ın Kaliforniya ştatının Silikon Vadisində 1995-2005-ci illərdə biznes inkubatorlarının qurucusu kimi tanınan və "Finding My Place” təşkilatının həmtəsisçisi İngrid Rosteni və "GoldenPay” şirkətinin təsisçisi Fərid İsmayılzadəni qəbul edib.

Reyting.az-a verilən məlumata görə, görüşdə əsasən Azexport portalı, eləcə də Prezidentin Fərmanı əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı barədə danışılıb. İİTKM-nin icraçı direktoru bildirib ki, Rəqəmsal Ticarət Qovşağı vahid ixrac pəncərəsini təqdim edəcək. Bununla da sahibkarlarımız daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər. Rəqəmsal Ticarət Qovşağı həm də elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarlarımızın xarici partnyorlarla əlaqələrini daha da asanlaşdıracaq.

Xanım İngrid Rosten Azərbaycanda belə bir rəqəmsal qovşağın yaradılmasını müsbət hal hesab edib. O əlavə edib ki, bu Azərbaycanın rəqəmsal lider kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsinə öz töhfəsini verəcək. İngrid Rosten Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu əlavə edib.

Qeyd edək ki, İngrid Rosten NASA-da kosmik tədqiqatlar üzrə müxtəlif tətbiqlərin hazırlayıcısı və ideya müəllifidir. O, 2014 2015-ci illərdə Hack the Moon və Hackathons applikasiyalarının müəllifidir. Bu applikasiyalar cəmiyyətidə kosmosla bağlı dünyada mövcud olan problemlərin həllinə yönəlib.

Vüsal Qasımlı Silikon Vadisinin təmsilçisini qəbul edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}