23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycan kommunistləri Lenin şərəfinə badə qaldıracaq
Tarix: 20-04-2017 16:33 | Bölmə: Xəbərlər

Partiya fəalları ilə Leninin doğum gününü qeyd edəcəyik.

Reyting.az xəbər verir ki, bunu Teleqraf.com-a Azərbaycan Vahid Kommunist Partiyasının sədr əvəzi Musa Tükənov "aprelin 22-də Leninin doğum günü münasibəti ilə hansı tədbirlər keçiriləcək” sualına cavabında deyib.

Musa Tükənov qeyd edib ki, əslində, Leninin doğum günü Azərbaycanda dövlət səviyyəsində də qeyd edilməlidir: "Çünki Leninin qurduğu sistem və quruluş Azərbaycanın inkişaf etməsində xüsusi rol oynadı. Azərbaycan SSRİ dövründə qüdrətli ölkəyə çevrildi”.

Tükənov deyib ki, aprelin 22-də təşkilatın Mərkəzi Komitəsinin üzvləri toplaşaraq bu tarixi qeyd edəcəklər:

"Yəni həm söhbət edəcəyik, həm də vuracağıq. Lenin böyük şəxsiyyətdir. Biz adətən, Moskvaya tədbirlərə gedəndə mütləq mavzoleyə baş çəkirik”.

Musa Tükənov deyib ki, hətta kommunistlər üçün xüsusi önəm daşıyan 22 aprel tarixi belə bu ideologiyaya xidmət edən siyasi partiya və təşkilatları bir araya gətirə bilmir:

"Bizi elə parçalayıblar ki, hələ də birləşə bilmirik. Əslində, hansısa sol partiya güclənsə, digər partiyalar ona qoşular. Odur ki, indiki mərhələdə əsas məsələ partiyaların güclənməsidir”.

Xatırladaq ki, kommunistlərin lideri V.İ.Lenin 1870-ci ilin 22 aprelində doğulub və SSRİ kimi nəhəng imperiya qurub.

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}