23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Direktorun qatili həbs edilib
Tarix: 25-04-2017 15:26 | Bölmə: Xəbərlər


Daxili işlər və prokurorluq orqanı əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayətin üstü açılıb.

Reyting.az Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 22-də Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialının direktoru vəzifəsində işləyən rayon sakini Raya Bayramovanın xidməti otağında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub.

Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Maddi sübutlar, əl-barmaq izləri götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən filialda baş mühasib işləyən, rayon sakini Vidadi Vəliyev aprelin 24-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

V.Vəliyev istinaqın ilkin mərhələsində hadisəni törətdikdən dərhal sonra məsuliyyətdən yaxa qurtarmaq və istintaqı başqa istiqamətə yönəltmək üçün cəhdlər etsə də, sonradan törətmiş olduğu cinayət əməlini etiraf edərək, cinayətin aləti olmuş predmeti və digər maddi sübutları istintaq orqanına təqdim edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}