Siyasi məhbus təcridxanada intihar edib - Fotolar
Tarix: 29-04-2017 18:22 | Bölmə: Xəbərlər


Siyasi məhbus Mehman Qələndərov saxlandığı Kürdəxanı İstintaq Təcridxanasında intihar edib.

Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

O.Gülalıyev bildirib ki, M.Qələndərov tənqidçi mövqeyi ilə seçilib, bloger fəaliyyəti ilə məşğul olub:

"Keçən il Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən "Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. Eyni zamanda o, heykəl önünə gedərək "heykəl məhbusları” Qiyasa və Bayrama azadlıq tələb edib. Tbilisidən Bakıya qayıtdıqdan sonra fevralın 7-də narkotika ittihamı ilə şərlənərək həbs olunub”.

O.Gülalıyev qeyd edib ki, M.Qələndərovu siyasi məhbus kimi tanıyıb yerli və beynəlxalq ictimaiyyətə təqdim etsələr də, onu lazımınca müdafiə edə bilməyiblər. "Bu ölkədə kral istəməyənlər, azadlıq tələb edənlər ya intihara sövq edilir, ya həbs olunur, ya da ölkədən didərgin salınır. Günümüzün acı reallığı budur. Amma mübarizə bitməyib və bitməyəcək!”, – Oqtay Gülalıyev əlavə edib.

Qeyd edək ki, Mehman Qələndərov 2005-ci ildə Sabunçu rayonundan deputatlığa namizəd olub.(Mənbə: Bastainfo) 






Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}