Casuslar ADP-ni narahat edir – Bəyanat
Tarix: 10-05-2017 11:34 | Bölmə: Xəbərlər


Azərbaycan Demokrat Partiyası (ADP) bəyanat yayıb.

ADP Azərbaycan Respublikası Baş Prokurorluğunun, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin xalqımıza, vətənimizə və dövlətimizə xəyanət yolunu tutan bir qrup hərbi qulluqçu və digər mülki şəxslərin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilməsi ilə bağlı yaydıqları birgə bəyanatdan ciddi narahatlığını ifadə edir.

ADP belə hesab edir ki, ordunun fəaliyyətində kifayət qədər şəffaflığın olmaması, ordu üzərində ictimai nəzarətin təmin edilməməsi, zaman-zaman müxalifət və ictimaiyyət tərəfindən orduda baş verən neqativ halların operativ qaydada obyektiv, hərtərəfli şəkildə araşdırılmaması dövlətimiz üçün bu cür təhlükəli nəticələrə gətirib çıxarmışdır:

"Xüsusi ilə ötən ilin aprel döyüşləri zamanı cəmiyyətimizdə orduda xəyanətkar elementlərin mövcudluğu ilə bağlı narahatlıqlar və bu narahatlıqlarla bağlı mətbuatda işıqlandırılan kifayət qədər ciddi faktlar bu günə qədər araşdırılmamışdır. Bu gün baş verənlər göstərir ki, cəmiyyətdə olan bu narahatlıqların ciddi əsası vardır.

ADP belə hesab edir ki, məlum hadisə ilə bağlı yaradılmış istintaq qrupunun fəaliyyətində aşkarlıq təmin edilməli, istintaqın nəticələri ilə bağlı cəmiyyətə obyektiv məlumatlar verilməli, eyni zamanda bu tipli hadisələrlə bağlı vətəndaşlarda olan məlumatların da toplanılması və obyektiv şəkildə araşdırılması təmin edilməlidir".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}