23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ölkə jurnalistləri dost axtarışına başlayır - Sorğu
Tarix: 20-06-2017 17:02 | Bölmə: Xəbərlər


Azərbaycan Mətbuat Şurası və "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyi 2017-ci ildə "Jurnalistlərin dostu" mükafatının təqdimatı üçün iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında sorğu elan edir. Bu məqsədlə MŞ tərəfindən müvafiq İşçi Qrupu yaradılıb.

Reyting.az saytı Modern.az-a istinadla xəbər verir ki, mükafatın laureatını ölkənin tanınan, ictimai fikrə təsir göstərən televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu və jurnalist təşkilatlarının nümayəndələri müəyyənləşdirəcəklər.

Mətbuat Şurası sorğuda iştirak edəcək KİV-lərə müvafiq anketləri təqdim edəcək. Anketlər iyulun 15-dək cavablandırılmalı və Mətbuat Şurasına təqdim olunmalıdır. İyulun 15-dən 20-dək cavablar öyrəniləcək və sorğunun qalibi müəyyən ediləcəkdir. Mükafatın laureatının adı iyulun 22-i Milli Mətbuat Günü açıqlanacaq.

Qeyd edək ki, "Jurnalistlərin dostu" mükafatı 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi (hazırkı "Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyi) tərəfindən təsis edilib. Mükafatın təsis edilməsində məqsəd cəmiyyətdə söz və məlumat azadlığını təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır.

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}