Metropolitenin sabiq rəhbəri vəfat edib - Foto
Tarix: 03-08-2017 12:40 | Bölmə: Xəbərlər


"Bakı Metropoliteni”nin sabiq rəhbəri Vahid Nadirli vəfat edib.

Bu barədə "Bakı Metropoliteni” QSC tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.

"Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi qurumun sabiq rəisi Vahid Nadirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə dövlət müəssisəsinin elanında qeyd edilib.

Qeyd edək ki, Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmir Yollarında başlayıb. Burada müxtəlif vəzifələrdə çalışan V.Nadirli 1987-ci ilin fevralın 21-də Bakı metrosunun rəisi təyin olunub və 1993-cü ilədək bu vəzifəni tutub.(APA) 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}