Mərkəzi Bank növbəti hərraca hazırlaşır
Tarix: 04-08-2017 11:15 | Bölmə: Xəbərlər


Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən "APA-Economics"ə verilən xəbərə görə, avqustun 7-də keçiriləcək hibrid depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01 - 14,99% təşkil edir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}