“Akkord” yeni layihənin qalibi olub
Tarix: 18-08-2017 19:16 | Bölmə: Xəbərlər
“Akkord” yeni layihənin qalibi olub
Gürcüstan Respublikasının Birləşmiş Su Təchizatı Şirkəti Çiatura şəhərinin Su Sistemləri Şəbəkəsinin Yenidənqurulmasının həyata keçirilməsi üzrə tender keçirib.
Reyting.az-a verilən məlumata görə, dəyəri 15,3 milyon ABŞ dolları olan tenderin qalibi Azərbaycan şirkəti olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC olub.
16.08.2017-ci il ildə Tibilisi şəhərində Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək layihənin imzalanma mərasimi keçirilib. Müqaviləni Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkətinin direktoru Georgi Kobaridze, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səlahiyyətli nümayəndəsi Alik Cəfərov imzalayıb.
Qeyd edək ki, 20 iyul 2017-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Qazaxıstan Respublikasında ümumi dəyəri 70 milyon dollar olan Kurty-Burilbaytal yolunun iki lotunun inşası üzrə tenderin qalibi olub.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}