Baş Polis İdarəsi əməkdaşının oğlu həbs edilib - Səbəb
Tarix: 15-09-2017 15:46 | Bölmə: Xəbərlər
Baş Polis İdarəsi əməkdaşının oğlu həbs edilib

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu həbs edilib.

Səbail rayon Məhkəməsindən verilən məlumata görə, sentyabrın 7-də Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə “Subaru” markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

Füzuli Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, Arif Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Arif Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}