Elgiz Əkbər telekanaldan qovulub? - Yenilənib
Tarix: 23-09-2017 12:34 | Bölmə: Xəbərlər
Elgiz Əkbər telekanaldan qovulub?

Aparıcı Elgiz Əkbər ARB telekanalından qovulub.

Buna səbəb sözügedən kanalın "Səhər-səhər” verilişində Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının koordinatoru Vasif Akifli ilə mübahisədir.

Reyting.az saytı AzNews.az-a istinadla xəbər verir ki, mübahisə toylarda, el şənliklərində çıxış edən 6 yaşlı Nuray Rəhmana görə baş verib.

Vasif Akifli azyaşlının məclislərdə iştirakının yolverilməz olduğunu deyib və bunu uşaq əməyinin istismarı kimi qiymətləndirib. Lakin verilişin aparıcısı Elgiz Əkbər bu fikrə etirazını bildirib və Nurayı müdafiə edib. Yaranan mübahisə zəminində aparıcı Vasif Akiflinin ünvanına təhqiredici ifadələr işlədib. Bundan sonra Vasif Akifli studiyanı tərk edib.

Vasif Akifli AzNews.az-a açıqlamasında hadisəni təsdiqləyib:

“Uşaq hüquqları ilə bağlı müzakirə idi. Əlbəttə ki, mən orada uşaq hüquqlarından danışa bilərdim. Efirdə olan qonaqlardan birinin haqqında müzakirə oldu. Sözümüz onunla uyğunlaşmadı. Mövzu əsasında mübahisə yarandı. Nəticədə Elgiz mənim ünvanına xoşagəlməz ifadələr işlətdi və mən də onun cavabını verdim”.

V.Akifli qeyd edib ki, verilişdən sonra ARB kanalından ona zəng olunub:

“Məndən sonra keçirilən iclas kanaldaxili bir qərardır. Eşitdiyimə görə onu işdən uzaqlaşdırıblar”.
**
ARB-nin Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov AzNews.az-a bildirib ki, aparıcı Elgiz Əkbərin verilişində yaşananlarla bağlı heç bir xüsusi iclas olmayıb:

“Səhər-səhər” verilişinin çəkilişi zamanı aparıcı ilə qonaq arasında müəyyən anlaşılmazlıq olub və gərginlik yaşanıb. Sonradan məsələ öz həllini tapıb. Burda böyüdüləcək bir şey yoxdur. Bazar ertəsi adıçəkilən veriliş Elgiz Əkbərin təqdimatında yayımlanacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}