Şeyxin qohumunun məhkəməsi başlayıb
Tarix: 06-11-2017 12:45 | Bölmə: Xəbərlər
Şeyxin qohumunun məhkəməsi başlayıb

Bu gün Nəsimi Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məlumata görə, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb.

Hakim ancaq ailə üzvlərinin zala buraxılmasına göstəriş verib.

Qeyd edək ki, Ə.Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə.Salahzadə "Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.(APA)

Onu da qeyd edək ki, Ə.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin qohumudur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}