Ramil Usubov xanım polkovniki işdən çıxarıb
Tarix: 15-11-2017 14:25 | Bölmə: Xəbərlər
Ramil Usubov xanım polkovniki işdən çıxarıb

Daxili işlər naziri Ramil Usubov daha bir polkovniki təqaüdə göndərib.

Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Mühasibatlıq Şöbəsinin rəisi, polis polkovniki İlqarə Məhərrəmova vəzifəsindən çıxarılıb. O, xidmətdə olmanın yaş həddi ilə bağlı təqaüdə göndərilib. Hələ ki, onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, həmin İdarənin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov da təqaüdə göndərilib.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}