Azərbaycanda məktəblilərə Ermənistanı təbliğ edirlər - Fotolar
Tarix: 21-11-2017 13:47 | Bölmə: Xəbərlər
Azərbaycanda məktəblilərə Ermənistanı təbliğ edirlər

Azərbaycanda nəşr edilən və birinci siniflər üçün nəzərdə tutulmuş 12 vərəqli dəftərlərin üzərində Ermənistanın bayrağı təsvir edilib.

Reyting.az saytı Avropa.info-ya istinadla xəbər verir ki, dünya dövlətlərinə məxsus bayraqların əks olunduğu dəftərin üzərində nədənsə Azərbaycan bayrağı yoxdur.

Qeyd edək ki, bir neçə il öncə Azərbaycan bazarlarında üzərində Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi təbliğ edən qlobusların olduğu haqqında sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Bu dəfə isə məktəblilər üçün nəşr edilmiş dəftərlərin üzərində növbəti rəzillik öz əksini tapıb.

Azərbaycanda məktəblilərə Ermənistanı təbliğ edirlər
Azərbaycanda məktəblilərə Ermənistanı təbliğ edirlər




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}