Diaspor rəhbərinin oğlu həlak olub - Foto
Tarix: 05-12-2017 09:31 | Bölmə: Xəbərlər
Diaspor rəhbərinin oğlu həlak olub

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.

Reyting.az APA-ya istinadla xəbər verir ki, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.

Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Diaspor rəhbərinin oğlu həlak olub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}