Qədim Cümə məscidində qanvermə aksiyası keçiriləcək
Tarix: 09-01-2018 12:52 | Bölmə: Xəbərlər
Qədim Cümə məscidində qanvermə aksiyası keçiriləcək

Yanvar ayının 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Qədim Cümə məscidində qanvermə aksiyası keçiriləcək.

Xeyriyyə aksiyası Qədim Cümə məscidinin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmaq və xəstə şəxslərin qana olan ehtiyaclarının qismən təmin edilməsi məqsədi ilə təşkil olunacaq.

Qanvermə aksiyası B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutu mütəxəssislərinin iştirakı ilə həyata keçiriləcək.

Aksiya saat 14.00-da başlayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}