Ziya Məmmədovun bacısı yeni vəzifəyə təyin edilib
Tarix: 11-01-2018 11:42 | Bölmə: Xəbərlər
Ziya Məmmədovun bacısı yeni vəzifəyə təyin edilib

Ötən ilin sentyabr ayında öz ərizəsi əsasında Təhsil nazirinin əmri ilə 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunan Məhbubə Məmmədovanın yeni və daha yüksək vəzifəyə təyin olunması barədə mətbuat səhifələrində məlumat yayılıb.

Xəbərdə qeyd olunub ki, Məhbubə Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecdən Modern.az-a verilən məlumata görə, təyinat ötən il həyata keçirilib.

“Məhbubə Məmmədova 2017-ci ilin noyabrından Pedaqoji Kollecdə direktor müavini olaraq çalışır. Ümumiyyətlə, direktor müavinini Təhsil Nazirliyi təyin edir. Hazırda kollecdə imtahan prosesi gedir”.

Qeyd edək ki, Məhbubə Məmmədova keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}