Nazir bəstəkarın oğlunu müşavir təyin edib
Tarix: 12-01-2018 20:33 | Bölmə: Xəbərlər
Nazir bəstəkarın oğlunu müşavir təyin edib

Vergilər Nazirliyində daha bir mühüm kadr təyinatı olub. Mikayıl Cabbarovun əmri ilə Ülvü Mansurov nazirin müşaviri təyin olunub.

Fed.az-ın məlumatına görə, təyinat hələ 2017-ci ilin sonunda baş verib.

Ü.Mansurovun təyinatından sonra Mərkəzi Bankın sabiq əməkdaşı Xəqani Abdullayev, Təhsil Nazirliyinin keçmiş işçiləri Elnur Əliyev, Camal Qasımov da yeni müşavirlər sırasında yer alıb.

Xatırladaq ki, Ülvi Mansurov 2 ay əvvəl "Azərpoçt” MMC-nin baş direktoru vəzifəsindən azad olunmuşdu. Uzun müddət "Texnikabank”ın İdarə Heyətinin sədri işləmiş Ü.Mansurov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, eləcə də "Kapitalbank”da sədr müavini postlarını tutub.

Ülvi Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}